20 C
Bakı
23 İyun 2025 08:17
Sağlamlıq

Bu insanlar YOD SETKASIndan istifadə etməməlidir

 

Yod setkası yuxarı tənəffüs yolları iltihabları (angina, bronxit, laringit və s.), əzələ, bağlar, yumşaq toxumalarının iltihabları və travmaları (miozit, bağların dartınması, hematoma və s.) zamanı çox geniş istifadə olunur.

Lakin bəzi insanlar üçün bu vasitədən istifadə ziyanlı ola bilər.

 Tacxeber.com sizə bu haqda məlumat təqdim edir.

1. Pediatrlar kiçik yaşlı uşaqlara (5 yaşa) yod setkasından istifadə etməyi tövsiyə etmirlər. Yod molekulları uşağın dərisindən qana asanlıqla keçir və bu da uşağın orqanizmində yodun səviyyəsinin artmasına səbəb olur. Bu isə qalxanvari vəzinin fəaliyyətinə mənfi təsir edə bilər.

2. Hipertireoz (qalxanvari vəzinin fəaliyyətinin artması ilə müşayiət olunan xəstəlik) zamanı yod setkalarından istifadə etmək qəti şəkildə olmaz.  Həmçinin yodla müalicə alan, yod preparatlarını qəbul edən insanlar da bu vasitənin istifadəsindən imtina etməlidir.

3. İnsanda yoda olan allergiya varsa, bu müalicə üsulu ona ziyan vura bilər. Əgər yod setkasından ilk dəfə istifadə olunursa, mütləq test etmək lazımdır. Dərinin kiçik hissəsinə yod çəkin və yarım saatdan sonra  dərinin vəziyyətinə baxın – səpgi, qızartı və s. varsa, bu vasitədən istifadə etməyin.

4. Yüksək hərarət zamanı yod setkasından istifadə etmək olmaz.

5. Hamilə qadınlara da bu vasitədən istifadə etmək tövsiyə edilmir.

Nəzərinizə çatdıraq ki, hətta sizdə yuxarıda sadaladığımız ək-göstərişlər yoxdursa, yod setkasından həftədə 2-3 dəfədən artıq istifadə etmək olmaz.

Tacxeber.com

Oxşar xəbərlər

Hansı viruslara yoluxmaq xərçəng yaradır? – SİYAHI

redaktor

Kim Çen In üçün dərman axtarılır

admin

Öskürəyi  sağaldan və qızdırmanı aşağı salan əncirli süd – Xalq təbabəti

redaktor