12 C
Bakı
28 Mart 2026 14:50
Cəmiyyət

Qazaxda şagirdlər pirə aparıldı, qalmaqal qopdu

Qazaxda şagirdlər pirə aparıldı, qalmaqal qopdu

Qazax rayon Cəfərli kənd tam orta məktəbinin şagirdləri rayondakı pirlərdən birinə aparılıb və “dilək ağacı” ətrafında onların fotosu çəkilib.

Tacxeber.com APA-ya istinadla xəbər verir ki, bu barədə məktəbin “Facebook” səhifəsində foto paylaşılıb və ictimai qınaqlardan sonra foto silinib.

Qazax-Tovuz Regional Təhsil İdarəsindən məsələyə aydınlıq gətirilib.

İdarədən bildirilib ki, Qazax rayon Cəfərli kənd tam orta məktəbi şagirdlərinin məktəbdənkənar asudə vaxtlarının təşkili məqsədilə kənd ərazisində olan tarixi yerlərə ekskursiya təşkil edilib.

“Həmin ərazidə olan ağacın ətrafında şəkil çəkilib. Həmin şəkil yalnışlıqla məktəbin rəsmi “Facebook” səhifəsində paylaşılıb”, – deyə cavabda qeyd olunub.

Tacxeber.com

Oxşar xəbərlər

Sabiq icra başçısının klinikasında qəssabxana açıldı – AQTA bağladı

redaktor

Kəmalə Ağazadə: “Hansısa qadın aliment ödəməsə, məsuliyyətə cəlb edilə bilər”

redaktor

Həbsdə olan siyasi məhbus Ruslan İzzətli maraqlı məktub

redaktor