12 C
Bakı
29 Mart 2026 02:34
Dünya

Netanyahu: “Müharibə uzun müddət davam edəcək”

 

Böyük Britaniyanın baş naziri Rişi Sunak və İsrailin baş naziri Benyamin Netanyahu İsraildə görüşdən sonra mətbuat konfransı keçirib.

Tacxeber.com xarici KİV-ə istinadla xəbər verir ki, Netanyahu Qəzza müharibəsinin uzun müddət davam edəcəyini söyləyib.

“Biz bu sülhü genişləndirmək ərəfəsində idik. HƏMAS-ın bu addımı atmasının səbəblərindən biri bu hərəkəti məhv etmək idi.

Bu uzun bir döyüşdür və davamlı dəstəyinizə ehtiyacımız olacaq”, – o deyib.

Rişi Sunak isə Britaniya xalqının dərin başsağlığını çatdıraraq bildirib:

“İsrailin beynəlxalq hüquqa uyğun olaraq özünü müdafiə etmək, girovları geri almaq, gələcək hücumların qarşısını almaq və uzunmüddətli perspektivdə təhlükəsizliyinizi gücləndirmək hüququnu tamamilə dəstəklədiyimizi vurğulamaq istəyirəm.

Bilirəm ki, siz dinc əhaliyə zərər vurmaq istəyən HƏMAS terrorçularından fərqli olaraq mülki insanlara zərər verməmək üçün hər cür tədbir görürsünüz.

Fələstin xalqının da HƏMAS-ın qurbanı olduğunu söyləyirik. Buna görə də Qəzzaya humanitar yardımın yollarını açmaq üçün dünən verdiyiniz qərarı alqışlayıram.

Deməliyəm ki mən sizinlə burada olmaqdan qürur duyuram. İsrailin ən qaranlıq anında sizin dostunuz olaraq sizinlə həmrəy olacağıq. Biz xalqınızın yanında olacağıq. Eyni zamanda biz sizin qələbənizi istəyirik”.

Tacxeber.com

Oxşar xəbərlər

Səlim Müslümov mobil nömrəsini satır: Qiyməti…

redaktor

Hakim rejim devrilərsə, İranda vəziyyət necə olacaq?

redaktor

Yalançı etiraflar, 3500 saat işgəncə – Edam edilən eks-məmurun SENSASİON SƏS YAZISI

admin