24 C
Bakı
22 İyun 2025 09:58
CəmiyyətGündəm

“Şahramanyan 19 sentyabrda Azərbaycan DTX ilə əlaqə saxlayıb”.

Qarabağ separatçılarının sonuncu “rəhbəri” Samvel Şahramanyan sentyabrın 19-da lokal antiterror tədbirləri zamanı atəşkəs üçün Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti ilə əlaqə saxlayıb.

Tacxeber.com APA-ya istinadən xəbər verir ki, bu barədə Ermənistanın “Joğovurd” nəşri yazıb.

Bildirilir ki, Şahramanyan Azərbaycan tərəfini separatçı rejimin sabiq “müdafiə naziri” Samvel Babayan və Təhlükəsizlik Şurasının sabiq “katibi” Vitali Balasanyanla danışıqlara dəvət edib.

Rəsmi Bakı bu variantları rədd edərək, Qarabağdakı separatçı rejimin ləğvini israrla tələb edib.

Qeyd edək ki, antitteror tədbirlərindən sonra separatçılar təslim olub. Bundan sonra Azərbaycanın Qarabağ bölgəsindəki qondarma qurum özünü buraxdığını elan edib.

Xatırladaq ki, Azərbaycanın hüquq-mühafizə orqanları Qarabağda qondarma qurumun “prezidentləri” olmuş Arkadi Qukasyan, Bako Saakyan, Araik Arutyunyan, eləcə də “parlament sədri” David İşxanyan, generallar Lyova Mnatsakanyan, David Manukyan və keçmiş “dövlət naziri” Ruben Vardanyanı həbs edərək Bakıya gətirib.

Tacxeber.com

Oxşar xəbərlər

Bonndakı İqlim Konfransında aksiya: “Hotelin üzərinə Qubad İbadoğlunun portreti asılıb”

admin

Dostu ilə onlayn biznes qurdular, hazırda geyim istehsal edirlər – Müsahibə

admin

Şuşadakı etirazçıların çadırlarına işıq da çəkildi – Fotolar

redaktor