11 C
Bakı
30 Mart 2026 05:12
Siyasət

QARABAĞQarabağdan qaçan Babayanın kaseti yayıldı – Ermənistan bunu müzakirə edir.

Qarabağdan antiterror tədbirlərindən sonra Ermənistana qaçan separatçıların “başçılarından” Samvel Babayanın kaseti yayılıb.

Kaset Babayanın bir qızla intim söhbətindən ibarətdir.

Bu səs yazısı sürətlə Erməmistan mediasında və sosial şəbəkələrin erməni seqmentində tirajlanıb. Babayan bunu montaj adlandırsa da, səs yazısını yayan “nyuspress.am” saytının rəhbəri Ariana Hovsepyan real olduğunu deyir. A.Hovsepyan bildirib ki, səs yazısı yayılandan sonra Babayan ona zəng edib və təhqir edib.

Babayanın intim kasetinin yayılması Ermənistanda keçmiş “Qarabağ klanı” daxilində qarşıdurmanın tərkib hissəsi kimi qiymətləndirilir. Separatçıların qandallanaraq Bakıya gətirilməsindən sonra Paşinyana yaxınlığı ilə tanınan Babayan önə çıxmaq və klanı ələ almaq niyyətindədir. Lakin Koçaryan-Sarkisyan cütlüyü və onlara bağlı qruplar buna mane olmağa çalışır. (Publika)

Tacxeber.com

Oxşar xəbərlər

Lavrov NATO-nu hədələyib

redaktor

Tarixi məqam

redaktor

İran Rusiyanı İsrailə kəşfiyyat məlumatı verməkdə ittiham etdi

redaktor