15 C
Bakı
24 Mart 2026 15:54
Dünya

Fələstinin HƏMAS radikal hərəkatı Əl-Əqsa daşqın əməliyyatı və İsrailə hücumu dörd ildir planlaşdırırdı.

Bu barədə İranın Tasnim agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, HƏMAS-ın İsrailə hücumu iki tərəf arasında qarşıdurmada “yeni dövrün başlanğıcı” oldu, çünki fələstinli yaraqlılar yüksək hazırlıq səviyyəsini, eləcə də kəşfiyyatlarının effektivliyini nümayiş etdirdilər.

Bu, ona görə mümkün olub ki, 2020-ci ildən HƏMAS illik təlimlər keçirir və bu təlimlər zamanı mümkün hücum ssenariləri hazırlayır.

Hərəkat nümayəndələri hər zaman hərbi təlimlərin keçirilməsini açıq elan ediblər ki, bu təlimlərin keçirilməsi onlara vahid komanda mərkəzinin yaradılmasına, müxtəlif bölmələrin birgə əməliyyatlarının həyata keçirilməsinə, həmçinin döyüş qabiliyyətinin artırılmasına kömək edib.

Bundan əlavə, HƏMAS yaraqlıları müxtəlif ssenarilər hazırlayıblar, o cümlədən şəhər mühitində döyüş əməliyyatları keçirmək, şərti düşmənin yaşayış məntəqələrini və hərbi obyektlərini ələ keçirmək, sahilyanı ərazilərə hücum etmək, desantların həyata keçirilməsi və s.

Yaraqlılar İsrailin Qəzza zolağına mina, tank, pilotsuz uçuş aparatları, raket əleyhinə silahlar və digər silahlar vasitəsilə mümkün müdaxiləsini dayandırmaq taktikasına xüsusi diqqət yetiriblər.

Builki təlimlər faktiki hücumdan cəmi bir ay əvvəl baş tutub və İsrail hakimiyyəti bunu ciddi qəbul etməyib və HƏMAS-ın hərbi taktikasını düzgün öyrənməyib. (Unikal)

Tacxeber.com

Oxşar xəbərlər

Zelenski: 40-dan çox dövlət və təşkilat lideri Ukraynaya dəstəyini təsdiqləyib

redaktor

Türkiyədə helikopter yanacaqdoldurma məntəqəsinə enib yanacaq doldurdu – FOTO

admin

“Bütün Ukrayna bizimdir” – Putin

redaktor