7 C
Bakı
28 Dekabr 2025 04:09
Dünya

Fələstin Prezidenti: HƏMAS xalqımızın təmsilçisi deyil

HƏMAS-ın hərəkətləri və siyasəti Fələstin xalqının maraqlarını əks etdirmir.

Tacxeber.com“Reuters”ə istinadən xəbər verir ki, bu barədə Fələstin Dövlətinin Prezidenti Mahmud Abbas venesuelalı həmkarı ilə telefon danışığında bildirib.

O, Fələstin Azadlıq Təşkilatını öz xalqının yeganə qanuni təmsilçisi olduğunu diqqətə çatdırıb.

“Prezident hər iki tərəfdən dinc sakinlərin öldürülməsini qəbuledilməz hesab edib və hər iki tərəfdən mülki şəxslərin, əsirlərin və saxlanılanların azad edilməsinə çağırış edib”, – agentlik əlavə edib.

Qeyd edək ki, Mahmud Abbas Fələstin Dövlətinin birinci prezidenti, həmçinin HƏMAS-ın rəqibi olan FƏTH partiyasının lideridir. Qəzzadakı opponentlərindən fərqli olaraq nisbi dünyəviliyi ilə seçilən Mahmud Abbas və hökuməti İordan çayının qərb sahilinə, HƏMAS isə Qəzza zolağına nəzarət edir. /report.az

Tacxeber.com

Oxşar xəbərlər

Avropa niyə Rusiya qazı olmadan donmur və bu nə qədər davam edəcək?

admin

İsrail ordusu İranın raket hücumlarının çəkilişlərinə senzura tətbiq edib.

admin

Baydendən yeni SENSASİYA: “Gözünə görünən” insanları qucaqladı – VİDEO

redaktor