Dünya

İsrail bu şəhərdən 30 min nəfəri TƏXLİYƏ ETDİ

 

HƏMAS yaraqlıları tərəfindən davamlı raket atəşinə tutulan İsrailin Qəzza zolağı ilə sərhəddə yerləşən Sderot şəhərindən əhalinin təxliyəsi başa çatır.

Tacxeber.com xəbər verir ki, bu barədə “The Jerusalem Post” qəzeti məlumat yayıb.

Bildirilib ki, 30 min sakinin əksəriyyəti şəhəri tərk edib.

Sderot meri Alon Davidi bildirib ki, dövlət ən azı gələn həftə şəhər sakinlərinin otellərdə qalması üçün pul ödəyəcək:

“Müharibə zamanı sakinlərin şəhərdən kənarda qalmalarına görə daha çox maliyyə vəsaiti əldə etmək üçün işləməyə davam edəcəyik”.

Qeyd edək ki, Sderot İsrailin cənubunda yerləşir. Şəhər mərkəzindən Qəzza zolağı ilə sərhədə qədər olan məsafə təxminən 3 km-dir. İsrailin Qəzzaya ən yaxın şəhəri olan Sderot davamlı raket hücumlarına məruz qalır.

Tacxeber.com

Oxşar xəbərlər

Norveç Ukraynaya 328 milyon dollardan çox vəsait ayırmaq öhdəliyi götürüb

redaktor

Sərxoş “Şaxta baba”lar tankla ingilis kəndinin girişini kəsdilər

redaktor

Çində ilk dəfə süni intellekt üçün sualtı data-mərkəz inşa olunacaq

redaktor