24 C
Bakı
14 Avqust 2025 00:07
Dünya

Bu gün əsrarəngiz təbiət hadisəsi baş verəcək

Bu gün əsrarəngiz təbiət hadisəsi baş verəcək

 

Bu gün halqavari Günəş tutulması adlanan təbiət hadisəsi baş verəcək

Tacxeber.com xəbər verir ki, Ay Günəşin qarşısından keçərkən Günəşi tam örtmədikdə müşahidə edilən “Alov halqası” kimi tanınan halqavari Günəş tutulması Şimali, Mərkəzi və Cənubi Amerika səmalarında müşahidə ediləcək.

NASA-nın məlumatına görə, hava şəraiti imkan verərsə, pik nöqtəsi 5 dəqiqə 17 saniyə olacaq Günəş tutulması Alyaska da daxil olmaqla ABŞ-ın bütün 49 ştatında izlənəcək.

Azərbaycandan izlənilə bilməyən tutulma ABŞ-da Sakit okean vaxtı ilə saat 09.13-də başlayacaq.

NASA rəsmisi Kelli Korrek, tutulma günü yerli vaxtla saat 11.30-dan başlayaraq NASA-nın Nyu Meksiko ştatının Albuquerque, Kirbyville, Texas və White Sands, New Mexico şəhərlərindən canlı görüntüləri paylaşacağını bildirib.


Oxşar xəbərlər

Papa Fransiskin dəfn mərasimində 50-yə yaxın dövlət başçısı iştirak edəcək

redaktor

Gürcüstanda XİN-lə yanaşı, Müdafiə Nazirliyi daxilində də hökumətin avrointeqrasiyadan imtina qərarına qarşı etirazlar yüksəlir.

admin

Putinə böyük hədiyyə olacaq — 500 tank, 40 min hərbçi

redaktor