23 C
Bakı
24 İyun 2025 10:06
Kriminal

Qətlə yetirilən 14 yaşlı Aytacın anası və dayısı həbs edildi – FOTO

Gürcüstanın Saqareco rayonunun Ləmbəli kəndində əri tərəfindən qətlə yetirilən 14 yaşlı Aytac Şahmarovanın anası və dayısı həbs edilib.

Tacxeber.com Aktual.ge-yə istinadən xəbər verir ki, onlar barəsində zorla ərə vermə və cinayət barədə məlumat verməmə faktları üzrə Rustavi Şəhər Məhkəməsinin hökmü ilə həbs qətimkan tədbiri seçilib. Sözügedən qərarı hakim Madonna Maisuradze qəbul edib. İttiham tərəfi olan prokurorluq təqsirləndirilən şəxslər barəsində həbs qətimkan tədbiri seçilməsini tələb edib və hakim tələbi təmin edib.

Bundan əvvəl məhkəmə prokurorluğun vəsatətini qəbul etməmişdi.

Xatırladaq ki, qətl hadisəsi oktyabrın 5-i qeydə alınıb. 14 yaşlı Aytac Şahmarovanı qətlə yetirməkdə şübhəli bilinən 27 yaşlı əri Alim Sadiqov saxlanılıb. A. Sadiqov qeyri-rəsmi nikahda olduğu Aytac Şahmarovaya odlu silahdan 3 dəfə atəş açaraq xəsarət yetirib, yeniyetmə aldığı güllə yarasından hadisə yerində keçinib.

Tacxeber.com

Oxşar xəbərlər

Mafiya nüvə silahı istehsalında İrana kömək edir

admin

Oğlu Dilqəm Əsgərovdan İMTİNA ETDİ

redaktor

Polisdən Mingəçevir su anbarında əməliyyat

admin