26 C
Bakı
21 İyun 2025 20:14
Dünya

ABŞ-dən İsrailə uçuşla bağlı kritik xəbərdarlıq: “Bizə arxalanmayın”

 

ABŞ-dən vətəndaşlarına kritik xəbərdarlıq gəlib.

ABŞ İsrailə və işğal altındakı İordan çayının qərb sahilinə səyahət xəbərdarlığını 3-cü səviyyəyə qaldırıb. Vətəndaşlarına ehtiyac olmadıqca bu bölgələrə getməmək barədə xəbərdarlıq edib.

Bu barədə ABŞ Dövlət Departamentindən açıqlama verilib.

Bildirilib ki, İsrail və işğal altındakı İordan çayının qərb sahili üçün səyahət xəbərdarlığı terrorizm, vətəndaş itaətsizliyi və silahlı qarşıdurma səbəbi ilə “Səyahətinizi nəzərdən keçirin” mənasını verən 3-cü səviyyəyə yüksəldilib. Blokada altındakı Qəzza zolağı üçün isə “Səyahət etməyin” mənasını verən 4-cü səviyyə xəbərdarlığı qüvvədə saxlanılıb.

“Terrorçu qruplar, təkbaşına hərəkət edən terrorçular və digər zorakı ekstremistlər İsrail, İordan çayının qərb sahili və Qəzzada hücumların planlaşdırılmasına davam edirlər. Terrorçular və zorakı ekstremistlər turistik məkanlar, nəqliyyat mərkəzləri, bazarlar/ticarət mərkəzləri və yerli hökumət obyektlərini hədəf ala və xəbərdarlıq etmədən zərbə endirə bilərlər”, – deyə bununla bağlı açıqlamada bildirilib.

Açıqlamada Qəzza zolağında vəziyyətin təhlükəli və qeyri-sabit olduğu vurğulanıb.

Həmçinin Qəzza ilə İsrail və Misir arasındakı sərhəd keçidlərinin də bağlana biləcəyi ifadə edilib və bölgəyə səfər edəcəkləri təqdirdə vətəndaşlara qeyri-müəyyən müddətə orada qalmağa hazır olmaları ilə bağlı xəbərdarlıq edilib.

Səyahəti düşünən insanlara çağırış edilib ki, Qəzza zolağına girib-çıxış planlarında ABŞ hökumətinin köməyinə arxalanmasınlar.

Eyni zamanda İsrail və işğal altındakı İordan çayının qərb sahili üçün ABŞ hökuməti işçilərinin işdənkənar səyahətlərinin də məhdudlaşdırıldığı qeyd edilib.

Tacxeber.com

Oxşar xəbərlər

Yasamalda ağaclar MƏHV EDİLİB – Təbiətə 117 min manat ziyan vurulub

redaktor

Jirinovskinin milyardları, mirası kimlərə qaldı…

redaktor

İranda “hicab qiyamı” – Yüzlərlə qadın…

admin