16 C
Bakı
27 Sentyabr 2025 21:33
Sağlamlıq

Tualetə telefonla girənlərə XƏBƏRDARLIQ – anal çatlar və…

Qastroenteroloq Saurabh Sethi xəbərdarlıq edib ki, əlinizdə telefonla ayaqyoluna girsəniz, bir sıra sağlamlıq problemləri ilə üzləşə bilərsiniz.

Lent.az xarici mediaya istinadla bildirir ki, həkim bu barədə çıxış etdiyi videosunu sosial şəbəkədə yayıb.

Sethinin sözlərinə görə, tualetə telefonla getmək məsləhət görülmür. Çünki xəbərləri oxuyan və ya qacetdə oyun oynayan insan tualetdə daha çox vaxt keçirir:

“Belə etmək düz bağırsaqda və anusda gərginlik, həmçinin təzyiqə səbəb olur ki, bu da öz növbəsində hemoroid, anal çatlar və rektal prolapsa səbəb ola bilər”.

Bundan əlavə, qastroenteroloq bildirib ki, tualetdə təhlükəli bakteriyalar telefonun səthinə keçə bilər ki, bu da xəstəliyə səbəb olur:

“Ən azı, işiniz bitdikdən sonra telefonunuzu silmək üçün bir az dezinfeksiyaedici vasitə saxlayın”.

Tacxeber.com

Oxşar xəbərlər

Yaşıl pomidorun varikoz xəstəliyinə faydalı olduğunu bilirdinizmi?

redaktor

Koronavirus qədər təhlükəlidir: 119 ölkədə yayıldı – Azərbaycan da risk altındadır?

redaktor

Uzunömürlülüyün sirri: hər dərdin çarəsi bu qidadır.

admin