20 C
Bakı
24 İyun 2025 07:34
Dünya

Paşinyan Putinin qatılacağı sammitə getməmək qərarına gəldi

 

Ermənistanın baş naziri Nikol Paşinyan Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrin dövlət başçılarının oktyabrın 13-də Qırğızıstanın paytaxtı Bişkekdə keçiriləcək sammitində iştirak etməyəcək.

Tacxeber.com xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Mərkəzindən açıqlama verilib.

Belə ki, Qırğızıstan Prezidenti Sadır Caparov Ermənistanın baş naziri Nikol Paşinyanla telefon danışığı aparıb.

Telefon danışığı zamanı, MDB-yə üzv dövlətlərin dövlət başçılarının oktyabrın 13-də Qırğızıstanın paytaxtı Bişkekdə keçiriləcək görüşü müzakirə olunub.

Paşinyan müəyyən səbəblərdən MDB sammitində iştirak edə bilməyəcəyini bəyan edib.

Sammitdə MDB üzvü olan Qırğızıstan, Qazaxıstan, Özbəkistan, Tacikistan, Azərbaycan, Belarus və Rusiya prezidentləri iştirak edəcək.

Qeyd edək ki, Ermənistan son vaxtlar ABŞ-lə ciddi yaxınlaşmağa başlayıb. ABŞ-lə təlimlər təşkil edən İrəvan administrasiyası Moskvanın reaksiyasını çəkib.

Tacxeber.com

Oxşar xəbərlər

Ağ Evdə KRİTİK GÖRÜŞ: Zelenski o anı gözləyir, Bayden isə söz verib ki…

redaktor

İsrailə hücumun qaranlıq tərəfi: xəbərsizlik, yoxsa qərblilərin HƏMAS-la gizli işbirliyi

redaktor

Ukrayna Rusiya ərazisini vurdu

admin