16 C
Bakı
26 Sentyabr 2025 23:15
Dünya

Ermənistanda Rusiya sərhədçilərinə hədə-qorxu gəliblər

Ermənistanda Rusiya sərhədçilərinə hədə-qorxu gəliblər

Ermənistan İstintaq Komitəsi naməlum şəxslərin Rusiya sərhədçilərinə hədə-qorxu gəlməsi, həmçinin, Arazdəyəndə erməni-rus dostluğunu əks etdirən plakatı cırması ilə bağlı cinayət işi başlayıb.

Tacxeber.comxəbər verir ki, bu barədə İstintaq Komitəsinin mətbuat katibi Qor Abramyan bildirib.

Onun sözlərinə görə, sentyabrın 26-da saat 17:40 radələrində naməlum şəxslər avtomobillə Rusiya sərhəd qoşunlarının müşahidə məntəqəsinə gələrək, xidmətdə olan hərbçiləri hədələyiblər və orada yerləşdirilən plakatı zədələyiblər. Bu fakt əsasında İstintaq Komitəsi Ermənistan Cinayət Məcəlləsinin 264 və 194-cü (Əmlakla hədələmə və ziyan vurma) maddələri ilə iş başlayıb./Oxu.az

Tacxeber.com

Oxşar xəbərlər

ABŞ Türkiyənin TB2 PUA-larının ixracını məhdudlaşdırmaq üçün mübarizə aparır? – ANALİZ

admin

Daim yumruq atmaq istəyirəm: Putin istəklərindən danışdı

redaktor

Müharibə olarsa Rusiya İrana hərbi dəstək verəcəkmi? – Kremldən açıqlama

redaktor