12 C
Bakı
25 Mart 2026 15:32
Cəmiyyət

Azərbaycanda işə velosipedlə gedən hakimə yüksək vəzifə verildi.

Məhkəmə-Hüquq Şurasının sabiq əməkdaşı, Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Səfərov yeni vəzifəyə təyin olunub.

E-huquq.az-ın məlumatına görə, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimovun sərəncamı ilə o, Naxçıvan Muxtar Respublikası ədliyyə nazirinin müavini təyin edilib. Sərəncamla Naxçıvan Muxtar Respublikasının ədliyyə naziri təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası da Hüseyn Səfərova həvalə edilib.

Qeyd edək ki, H.Səfərov 1999-2010-cu illərdə Məhkəmə-Hüquq Şurası Katibliyinin mütəxəssisi, aparıcı məsləhətçisi, böyük məsləhətçisi kimi çalışıb. 2010-2015-ci illərdə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi olub. O, 2015-ci ildə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi idi.

Xatırladaq ki, bir müddət əvvəl H.Səfərovun işə velosipedlə gedib-gəlməsi maraqla qarşılanmışdı. Hakim sağlam həyat tərzinə və rahat olduğuna görə işə gedərkən velosipeddən istifadə etdiyini bildirmişdi.

Tacxeber.com

Oxşar xəbərlər

“Eurasianet” Putinin Əliyevə gizli planı açmasından yazır: ‘Təhdidedici mesajı da var’

admin

Biz əyri xətlərin cığırında yeriyə-yeriyə əyilmiş adamlarıq.

redaktor

“Sputnik Azərbaycan”ın 5 əməkdaşı ZAMİNƏ BURAXILDI

redaktor