2 C
Bakı
11 Fevral 2026 03:14
Cəmiyyət

“Qənirə xanımın hədiyyə etdiyi saat onun öldüyü gün dayandı” – FOTO

 

Jurnalist İlkin Həsənli mərhum millət vəkili Qənirə Paşayeva ilə bağlı paylaşım edib.

Tacxeber.com xəbər verir ki, jurnalist deputatın sağ ikən ona hədiyyə etdiyi saatın fotosunu paylaşaraq ürək sözlərini yazıb:

“Bu saatı mənə Şuşa azad olunandan sonra gecə saat 2 radələrində şəxsən Qənirə Paşayeva özü gələrək vermişdi. 3 il bu saatın batareyasını dəyişmədən işlədirdim. Amma Qənirə xanımın dəfn günü saat dayandı. Saatın batareyasını dəyişdirməyə mənim əlim gəlmir”,- deyə o bildirib.

Qeyd edək ki, Q.Paşayeva səhhətində yaranmış ciddi problemlərlə əlaqədar sentyabrın 23-dən Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilmişdi.

Naməlum mənşəli hipotonik vəziyyət diaqnozu qoyulan Qənirə Paşayevanın səhhətindəki kritik durumla əlaqədar Mərkəzi Klinik Xəstəxananın həkim personalı və Türkiyədən cəlb edilmiş həkim mütəxəssislər tərəfindən görülmüş bütün zəruri tədbirlərə baxmayaraq millət vəkilinin həyatını xilas etmək mümkün olmayıb.

O, ötən gün II Fəxri Xiyabanda torpağa tapşırılıb.

Tacxeber.com

 

 

Oxşar xəbərlər

Oğuzun icra başçısı meşələri məhv edərək stadiona cevirib – “Qırmızı kart göstərən olacaqmı?

admin

“Ora-burasını şişirtmək dəyər deyil, qızlarınıza şəkərbura bişirməyi öyrədin”

redaktor

“Formula 1” üçün ayrılmış pulu mənimsəyən Çingiz Mehdiyevi arvadı İFŞA EDİBMİŞ – DETALLAR

admin