16 C
Bakı
27 Sentyabr 2025 05:08
Hadisə

Narkotikdən ölən Ruslan tanınmış ailənin övladı imiş… – FOTO

 

2017-ci ildə Xalq artisti Nazpəri Dostəliyevanın evindən içərisindən külli miqdarda qızıl-zinət əşyaları və pul olan dəmir seyfi oğurladığı üçün həbs həyatı yaşayan 36 yaşlı Ruslan Verdiyev iki gün öncə vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, onun ölümünə normadan artıq miqdarda narkotik vasitə qəbul etməsi səbəb olub.

Komatoz vəziyyətinə düşən 1987-ci il təvəllüdlü R.Verdiyev xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Məlumata görə, Ruslan Verdiyev Sumqayıtda tanınmış ailənin övladı olub. Onun atası Əzizağa Verdiyev sözügedən şəhərdə idmanın karate növünün inkişafında xidmət göstərib. R.Verdiyev eyni zamanda, tanınmış həkim-cərrah İlyas Məmmədovun nəvəsi idi.

Oxşar xəbərlər

“Dedi ki, həkimlər başıma oyun açdılar” – Manaf Çimnazdan danışdı

redaktor

Müsəlman Birliyi Hərəkatının daha bir üzvünün saxlanıldığı bildirilir

admin

İrəvanın havası da zəhərləndi

redaktor