2 C
Bakı
11 Fevral 2026 13:19
Cəmiyyət

İsrailin Azərbaycandakı səfiri xalqımıza təşəkkür etdi – FOTO

 

İsrailin Azərbaycandakı səfiri Corc Dik ölkəsindəki müharibə ilə əlaqədar göstərilən mənəvi dəstəyə görə Azərbaycan xalqına təşəkkür edib.

Tacxeber.com xəbər verir ki, diplomat özünün X səhifəsində İsrailin Bakıdakı səfirliyi qarşısında ölənlərin xatirəsinə qoyulan çiçəklərin fotosunu paylaşıb:

“Bu səmimi dostluq jestinə görə Azərbaycan xalqına təşəkkür edirəm.

Sevgi mesajları seli, səfirliyimizin qapısındakı güllər, sosial şəbəkələrdəki yazılar – bunlar tariximizin bu qaranlıq vaxtında bizə güc verir. Çox sağ olun. Biz qalib gələcəyik”, – deyə o qeyd edib.

Qeyd edək ki, oktyabrın 7-də HƏMAS İsrailə bir neçə min raket atıb. Bunun fonunda İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir oktyabrın 7-də ölkədə fövqəladə vəziyyət elan edib.
İsrailin baş naziri Binyamin Netanyahu ölkənin müharibə vəziyyətində olduğunu bəyan edib. İsrail ordusunun HƏMAS-a qarşı əməliyyatı “Dəmir Qılınclar” adlanır.

 

Oxşar xəbərlər

“WhatsApp”da möhtəşəm FUNKSİYA: Çoxdan gözlənilən yeniləmə elan edildi

redaktor

Hamı narazıdır amma hamı da susmur

admin

Gömrük generallarının həbs müddəti uzadıldı

redaktor