Kriminal

DİN: Cəfərquliyev polis şöbəsinə dəvət edilib.

“Qarabağ”ın müdafiəçisi Elvin Cəfərquliyev “Neftçi” ilə matçdan sonra polis şöbəsinə dəvət edilib.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin yaydığı məlumatda deyilir.

Bildirilib ki, futbolçu Elvin Cəfərquliyevin “Neftçi” – “Qarabağ” oyunundan sonra saxlanılması barədə yayılan məlumatlar yanlışdır:

“Qarşılaşmadan sonra E.Cəfərquliyev çantasının oğurlanması barədə stadionda olan polis əməkdaşlarına məlumat verib. Futbolçunun çantasını oğurlayan stadiona azərkeş qismində gələn şəxs polislər tərəfindən müəyyən edilərək saxlanılıb və çanta sahibinə qaytarılıb. Daha sonra E.Cəfərquliyev zərərçəkən şəxs kimi izahatının alınması üçün Polis Şöbəsinə dəvət edilib. Araşdırmalar davam etdirilir”.

Tacxeber.com

Oxşar xəbərlər

Zamirə Hacıyevanın Londondakı dəbdəbəli əmlakı müsadirə edildi

redaktor

Nəcməddin Sadıkov danışdı: “Sizi niyə narahat edir ki?”

admin

Masallıda əməliyyat: Həbs olunanlar var – Foto

admin