26 C
Bakı
21 İyun 2025 16:44
Hadisə

Azərbaycanda iş adamı bu İcra Hakimiyyətini məhkəməyə verdi.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, iş adamı Ağayev Ağa Xəqani oğlu tərəfindən yerli icra hakimimiyyəti orqanı barəsində Şəki Kommersiya Məhkəməsinə müraciət olunub.

RİH-in barəsində məhkəməyə müraciət edilməsi isə müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr (alqı-satqı müqaviləsi üzrə mübahisələr) ilə bağlıdır.

Məhkəmə işinə hakim Mübariz Hüseynovun sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, A.Ağayev tikinti şirkəti olan “Simmetriya” MMC-nin qanuni təmsilçisidir. Şirkət 2002-ci ildə 6 manat nizamnamə kapitalı ilə yaradılıb.Şirkət indiyə qədər Ağdaş RİH-in elan etdiyi milyonluq tenderlərin dəfələrlə qalibi olub. Amma sonradan rayon rəhbərliyi ilə aralarında mübahisələr yaranıb.

Xatırladaq ki, Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Tofiq İbrahimovdur. O, 11 ildən çoxdur ki, bu rayonun başçısı vəzifəsində çalışır.

Tacxeber.com

Oxşar xəbərlər

Özbəkistanda MN anbarında partlayış: yaralılar var

redaktor

Rusiya Müdafiə Nazirliyinin binasında yanğın baş verib – VİDEO

redaktor

Dünən kartlardan nə qədər pul oğurlanıb?

redaktor