16 C
Bakı
27 Sentyabr 2025 02:31
Dünya

Kadırovdan təklif: “Prezident seçkilərini ləğv edək”

Kadırovdan təklif: “Prezident seçkilərini ləğv edək”

Çeçenistan rəhbəri Ramzan Kadırov Rusiyada 2024-cü ildə keçirilməsi nəzərdə tutulan prezident seçkilərinin Ukraynadakı müharibədən dolayı ləğv edilməsini təklif edib.

Tacxeber.com xəbər verir ki, bu sözləri Kadırov Kreml rəhbəri Vladimir Putinin ad günü münasibətilə Qroznıda təşkil edilən aksiyada çıxışı zamanı deyib.

“Prezidentə sağlamlıq və uzun ömür arzu edirəm. Elə indi təklif edirəm ki, xüsusi hərbi əməliyyatın (Ukraynada müharibə – red.) getdiyi zamanda seçkilərdə vahid namizədimizin Vladimir Putin olması ilə bağlı yekdilliklə qərar qəbul edək. Yaxud, seçkiləri müvəqqəti olaraq ləğv edək. Çünki bu gün ölkəmizi qoruya biləcək başqa bir şəxs yoxdur”, – deyə o bildirib.//Axar.az

Tacxeber.com

Oxşar xəbərlər

“Ərləri sağ olan ərsiz qadınlar…”

redaktor

Xəzər dənizi üzərində qəribə işıqlanma müşahidə olunur

redaktor

Azərbaycan qanunvericiliyindən “lal-kar, kor” və “şikəst” sözləri çıxarıldı

redaktor