26 C
Bakı
21 İyun 2025 20:38
Dünya

Fələstin-İsrail münaqişəsi: Ərəb ölkələri razılaşmadı

ABŞ Dövlət katibi Entoni Blinken bəzi ərəb dövlətlərini İsrailə hücumu pisləməyə inandırmağa çalışsa da, buna nail olmayıb.

Bu barədə “Axios” portalı amerikalı məmura istinadən məlumat yayıb.

Adı açıqlanmayan məmurun sözlərinə görə, Blinken İsraillə sülh sazişi bağlamış ərəb ölkələrinin bir neçə xarici işlər naziri ilə danışıb və onlardan HƏMAS-ın hücumunu pisləməyi xahiş edib. Lakin onlar bunu qəbul etməyiblər.

Qeyd edək ki, 7 oktyabrda HƏMAS “İslami-Cihad”la birgə “Əqsa tufanı” əməliyyatı başladığını elan edib və İsrailə hücum həyata keçirib. Genişmiqyaslı hücum nəticəsində 600-dən çox sakin ölüb, 2 mindən çox insan yaralanıb.

İsrail ordusu cavab tədbirləri görür. (Axar)

Tacxeber.com

Oxşar xəbərlər

İki yaşlı oğlundan “cin çıxaran” anadan DƏHŞƏTLİ ƏMƏL: İsti mumu.. – VİDEO

redaktor

Yer kürəsi iqlim fəlakətləri astanasındadır – XƏBƏRDARLIQ

redaktor

İran Rusiyaya dron zavodu tikməkdə kömək edir – Con Kirbi

redaktor