Dünya

Əsir götürülən İsrail əsgərlərinin taleyi necə olacaq? – HƏMAS açıqladı

Əsir götürülən İsrail hərbçiləri ilə bağlı söhbət Əl-Əqsa daşqını əməliyyatı başa çatdıqdan sonra aparılacaq.

Teleqraf.com RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Qəzza zolağında hakim Fələstinin Həmas hərəkatının nümayəndəsi Hazem Qassem deyib.

Əl-Qəssam onlarla İsrail əsgər və zabitini əsir götürdüklərini bildiriblər.

Hazem Qassem həmçinin bildirib ki, İsrail müharibəni qızışdırırdığı dönəmdə barışıqdan söhbət gedə bilməz.

Xatırladaq ki, oktyabrın 7-də səhər Qəzza zolağından İsrailə raket hücumları başlayıb və eyni zamanda yaraqlı qruplar İsrail hərbçilərinin onlarla döyüşə girdiyi yəhudi dövlətinə daxil olub. Ordu “müharibə hazırlığı vəziyyəti” elan edib və tezliklə cavab olaraq “Dəmir qılınclar” əməliyyatına başladığını açıqlayıb. (Teleqraf)

Tacxeber.com

Oxşar xəbərlər

Yelena Zelenskaya dünyanın ən nüfuzlu 25 qadını sırasına daxil oldu

redaktor

Zelenski Rusiyaya dəstək verənlərə sanksiya tətbiq etdi

redaktor

Putin: Ərdoğan heç vaxt imkan verməz ki…

redaktor