24 C
Bakı
22 İyun 2025 12:40
Hadisə

İsraildə qalan azərbaycanlı müğənni ilə bağlı RƏSMİ AÇIQLAMA

 

“İsraildə hərbi əməliyyatlara görə çətin vəziyyətdə qalan, hazırda sığınacaqda olan azərbaycanlı müğənni Samirə Əfəndi ilə bu dəqiqələrdə əlaqə saxladım, özü və yanındakı 4 nəfər həyəcanlı anlar yaşasalar da, yaxşıdırlar”.

Tacxeber.com Report-a istinadən xəbər verir ki, bu barədə a Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat katibi Vəsilə Vahidqızı məlumat verib.

Onun sözlərinə görə, Dövlət Komitəsi və İsraildə olan diaspor təşkilatları müğənni və yanındakı şəxslərin ölkəyə qayıtmasına çalışırlar: “Onların sağ-salamat vətənə qayıtmaları üçün Diasporla İş üzrə Dövlət Komitəsi və İsraildə olan diaspor təşkilatları əllərindən gələni etməyə hazırdırlar. Gün ərzində Samirə xanımla yenidən əlaqə yaradacağıq”.

Qeyd edək ki, İsrailin Tel-Əviv şəhərinə gedən müğənni Samirə Əfəndi ailə üzvləri və meneceri Aydan Topçubaşova ilə birlikdə mövcud vəziyyətə görə çətin vəziyyətdə qalıb.

Tacxeber.com

Oxşar xəbərlər

Laçında gərginlik davam edir, ermənilər xeyli sayda itki verib – Azərbaycan Müdafiə Nazirliyi məlumat yaydı

redaktor

Bakıya elə məlumatlar ötürdüyünə görə həbs edilib

admin

Silsilə zəlzələlər Xəzər çimərliklərini yararsız edib – TƏHLÜKƏ

admin