12 C
Bakı
28 Mart 2026 21:13
Siyasət

Əliyevin boykotu belə, qələbəsi ilə nəticələndi – Erməni deputat

 

“Azərbaycan dəfələrlə bəyan edib ki, şifahi bəyanat dövlətin mövqeyi sayıla bilməz. Yəqin ki, buna görə o da (Paşinyan nəzərdə tutulur-red) sənədi imzalamaq qərarına gəlib ki, heç bir şübhə olmasın”.

Tacxeber.com xəbər verir ki, bunu Ermənistan parlamentinin deputatı Hayk Mamicanyan oktyabrın 5-də Qranadada Avropa Siyasi Birliyinin 3-cü Sammiti çərçivəsində Nikol Paşinyan, Fransa prezidenti Emmanuel Makron, Almaniya kansleri Olaf Şolts və Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel arasında dördtərəfli görüşdə Azərbaycanın ərazi bütövlüyünün tanınması ilə bağlı imzalanan sənədi şərh edərkən deyib.

Deputat bildirib ki, Prezident İlham Əliyev Qranada görüşə getmir, amma Paşinyan Azərbaycanın maraqlarından irəli gələn sənədə imza atır.

“Qranadaya səfərin nəticələrini qələbə kimi təqdim etməyə çalışanlara gəlincə demək istərdim ki, Ermənistan diplomatiyası orada heç bir qələbə qazana bilmədi”, – deyə Mamicanyan bildirib.

Qranadada qəbul edilmiş bəyanata toxunan Mamicanyan qeyd edib ki, bir-iki bənd istisna olmaqla, bu sənəddə Praqa razılaşmaları var: “İstənilən halda, Paşinyanın bütün anti-erməni və zərərli bəyanatlarını kağız üzərində yazmasını müsbət qiymətləndirmək çətindir”.

Tacxeber.com

Oxşar xəbərlər

Yalan danışırsınız, Qarabağ erməniləri ilə danışmışam – Aleksanyandan ŞOK

redaktor

Azər Zeynalov Vasif Talıbovdan danışdı: “Onun yoxluğu işimizə təsir etmir”

redaktor

“Rusiyanı söymək sizə nə verir?!” — Nəzakət Məmmədova Kremlin müdafiəsinə qalxdı

redaktor