Dünya

Ekvadorda prezidentliyə namizədin qətlinə görə həbs olunanların hamısı öldürüldü

 

Ekvador Prezidenti Gilyermo Lasso avqust ayında Ekvador prezidentliyinə namizəd Fernando Vilyavisensionun qətli ilə bağlı həbs edilən altı nəfərin həbsxanada qətlə yetirilməsindən sonra ölkənin təhlükəsizlik orqanlarının nümayəndələrini toplantıya çağırıb.

“Quayakildəki 1 saylı təcridxanada baş vermiş altı qətllə bağlı məlumat aldıqdan sonra təhlükəsizlik kabinetinin təcili çağırılmasını əmr etdim. Bu fövqəladə vəziyyətlə məşğul olmaq üçün yaxın bir neçə saat ərzində Ekvadora qayıdacağam”, – deyə prezident bildirilib.

Qeyd edək ki, cümə günü səhər saatlarında Məhbuslarla İş üzrə Xidmət məlumat vermişdi ki, avqustun 9-da Kitoda Vilyavisensionun qətlində əli olmaqda ittiham olunan altı Kolumbiya vətəndaşı həbsxanada öldürülüb.

Tacxeber.com

Oxşar xəbərlər

Azərbaycanda süni intellekt laboratoriyaları qurulur – 7 milyon ayrıldı

redaktor

Türkiyə hərbi bazası atəşə tutuldu

redaktor

Türkiyənin qəzaya uğrayan hərbi yük təyyarəsində 20 hərbçi olub.

admin