26 C
Bakı
13 Avqust 2025 00:28
Gündəm

Balasanyan Natiq Qasımova dəfələrlə ağır və dəhşətli işgəncələr verərək qətlə yetirib – AÇIQLAMA

 

Vitali Balasanyan Natiq Qasımova ağır və dəhşətli işgəncələr verərək qətlə yetirib.

Tacxeber.com xəbər verir ki, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının yaydığı məlumatda qeyd olunub.

“Etibarlı mənbələrdən əldə edilmiş məlumata əsasən, bu qorxmaz Azərbaycan əsgərinin qəhrəmanlığı və şücaəti düşmən hərbçiləri arasında vahimə və psixoloji gərginlik yaratdığı üçün səhra komandiri Vitali Balasanyan Natiq Qasımova erməni əsgərlərin qarşısında müharibə qanunlarına zidd olaraq dəfələrlə ağır və dəhşətli işgəncələr verərək onu qətlə yetirib. Vitali Balasanyan 1988-ci ildən etibarən Azərbaycan Respulikasının keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisində separatizmin qızışdırılmasında və terror aktlarının təşkilində, etnik təmizləmənin aparılmasında, Xocalı soyqırımının törədilməsində yaxından iştirak etmiş, çoxsaylı müharibə cinayətləri törətmişdir. Sonradan Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan ərazilərində yaradılmış separatçı rejimin “müdafiə nazirinin müavini” və “təhlükəsizlik şurasının rəhbəri” olub”, – məlumatda vurğulanıb.

Tacxeber.com

Oxşar xəbərlər

Cəmil Həsənli: “Arxiv İdarəsində 27 vərəq surət üçün 90 manat pul ödəməlisən”

admin

Mehdiyevlər böyük şirkətlərini satdı

redaktor

Şuşa türməsində işgəncə görən 3 azərbaycanlının anlatdığı dəhşətlər – VİDEO

redaktor