Mədəniyyət

Xalq artisti Vidadi Həsənov: “Mən göründüyüm kimi yox, olduğum kimiyəm” – VİDEO

 

Baku TV-də yayımlanan “Qapqara” verilişinin növbəti buraxılışı efirə gedib.

Verilişin budəfəki qonağı Xalq artisti, aktyor Vidadi Həsənov olub.

O, kənardan çox ciddi, qaş-qabaqlı görünməsinə rəğmən, ürəkdən gülməyi, sevinməyi bacardığını da dilə gətirib:

“Mən göründüyüm kimi yox, olduğum kimiyəm”.

Xalq artisti bəzi aktyorların özünü “sənət şəhidi” adlandırmasına münasibət bildirib:

“İncəsənət qurban-zad tələb etmir. Heç kim də qurbanlıq quzu deyil. Bu sənəti seçən hər kəs nə ilə məşğul olacağını, hara gedəcəyini, nə əldə edəcəyini yaxşı bilir”.
V.Həsənov sənətdən getməklə bağlı seçim qarşısında qalmağından da bəhs edib.

“40 yaşım olanda oturdum, düşündüm. Dedim, gedim, yoxsa qalım? Çünki məsuliyyət daşıdığım insanlar və onların həyatları var idi. Amma yenə də gedə bilmədim”, – aktyor söyləyib.

Ətraflı süjetdə:

 

Oxşar xəbərlər

“Qardaşım adımdan istifadə edirdi, gedib deyirdi ki, bacım ölüb, hər şeyi o alırdı” – Əliağa Vahidin qızı

redaktor

45 minə toya gedən Natiq Şirinov: “Elə məclis olub, 220 min…”

redaktor

Rasim Balayev yüksək məbləğdə qrant aldı – MƏBLƏĞ

redaktor