16 C
Bakı
26 Sentyabr 2025 23:17
Cəmiyyət

Videosu yayılan qaziyə niyə əlillik verilməyib?

 

Bəzi sosial şəbəkə səhifələrində Vətən müharibəsi veteranı Hüseynov Vüqar İlqar oğlu ilə bağlı video yayımlanıb.

Video ilə əlaqədar Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən Ölkə.Az-a bildirilib ki, Ağdaş rayon sakini, 2001-ci il təvəllüdlü Vüqar Hüseynova müharibə veteranı olduğu üçün 01.01.2022-ci il tarixindən Prezidentin aylıq təqaüdü (80 manat) ödənilir.

Həmçinin bildirilib ki, müharibədə aldığı xəsarətlə bağlı ona birdəfəlik sığorta ödənişi (2750 manat) də edilib.

İşlə təmin edilmək üçün isə ötən dövrdə məşğulluq orqanına müraciət etməyib.
Əlilliyinin qiymətləndirilməsi üçün daxil olmuş göndəriş əsasında o, 2021-ci ildə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində əyani müayinə edilib.

Aidiyyəti qurumların tibb mütəxəssislərinin də iştirak etdiyi həmin müayinə zamanı Mərkəzi Hərbi Həkim Komissiyasının Vüqar Hüseynovla bağlı təqdim etdiyi yekun şəhadətnamədə qeyd olunan diaqnozun əlillik təyinatına əsas vermədiyi, həmçinin sağlamlıq vəziyyətində əlillik əlaməti olmadığı müəyyən edilib. Bu səbəbdən ona əlillik təyinatı aparılmayıb.

Agentliyin məlumatına görə, sonrakı dövrdə Vüqar Hüseynovun əlilliyinin qiymətləndirilməsi ilə bağlı heç bir müraciəti olmayıb.

Tacxeber.com

Oxşar xəbərlər

Bax, hal-hazırda mətbuat gününü bayram etmək buna bənzəyir.

admin

Direktorluqdan imtina edib, Xankəndiyə müəllim kimi qayıtdı

redaktor

Məqsəd tapşırıqla vəzifələri ələ keçirən şəxsləri saxlamaqdır – Deputat

redaktor