29 C
Bakı
11 Avqust 2025 10:14
Siyasət

Putin Priqojinin ölümü ilə bağlı şok faktlar AÇIQLADI

Putin Priqojinin ölümü ilə bağlı şok faktlar AÇIQLADI

 

Rusiya Prezidenti Vladimir Putin “Vaqner” özəl hərbi şirkətinin qurucusu Yevgeni Priqojinin öldüyü təyyarə qəzasından danışıb.

Tacxeber.com xəbər verir ki, “Valday” forumunda çıxış edən Putin qəzaya uğrayan təyyarənin xarici təsirlərə məruz qalmadığını bildirib.

O, təyyarə qəzası nəticəsində ölənlərin cəsədlərində əl qumbarasının qəlpələrinin tapıldığını vurğulayıb .

“Bilirəm, yəqin ki, şirkət rəhbərliyinin başına nə gəldi sualı havada qalıb. Təyyarə qəzasından xəbərimiz var, ötən gün İstintaq Komitəsinin rəhbəri [Aleksandr Bastrıkin] mənə məlumat verdi. Təyyarə qəzası nəticəsində həlak olanların meyitlərindən əl qumbaralarının parçaları tapılıb. Təyyarəyə heç bir kənar təsir olmayıb, bu artıq təsdiqlənmiş faktdır, Rusiya Federasiyası İstintaq Komitəsinin apardığı ekspertizanın nəticəsidir”, – deyə Putin bildirib.

O qeyd edib ki, təyyarədə həlak olanların cəsədlərində spirt və narkotik maddə olub-olmaması ilə bağlı ekspertiza olmayıb. Putin, həmçinin Priqojinin Sankt-Peterburqdakı ofisində 10 milyard rubl nağd pul və 5 kq kokain tapıldığını bildirib.


Oxşar xəbərlər

Hikmət Hacıyev: Qarabağın erməni sakinləri Azərbaycan vətəndaşlığına ərizə ilə müraciət etməlidirlər

redaktor

Liviyadan Qarabağa qədər, bizə lazım olan yerdə… – Ərdoğan

redaktor

Əliyevlə Paşinyan niyə məhz Ərəb Əmirliklərində görüşürlər?

admin