19 C
Bakı
26 Sentyabr 2025 22:30
Hadisə

Göygöldə vəzifəli şəxslər dalaşdı – Polis işə qarışdı

Göygöl rayonunda vəzifəli şəxslər arasında münaqişə olub.

Tacxexer.com Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzinin həyətində baş verib.

Mərkəzin direktoru, 41 yaşlı Elməddin Əhmədovla Göygöl Rayon baytarlıq İdarəsinin rəisi, 62 yaşlı Oqtay Həmidov arasında mübahisə daha sonra fiziki münaqişəyə keçib.

E.Əhmədov O.Həmidovun onun əl nahiyəsinə xəsarət yetirdiyini bildirərək Göygöl Rayon Polis Şöbəsinə şikayət edib.

Hazırda hadisə ilə bağlı araşdırma aparılır.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov məlumatı təsdiq edib. O bildirib ki, hadisə ilə bağlı Göygöl Rayon Polis Şöbəsinə hər iki şəxsin müraciəti daxil olub:

“İlkin araşdırmalar zamanı hər iki şəxsin mübahisə etməsi məlum olub. Şəxslər üzərində hər hansı bir bədən xəsarətləri müəyyən edilməyib. Faktla bağlı araşdırmalar davam etdirilir”.

Tacxexer.com

Oxşar xəbərlər

Kaş ki, hamı sənin kimi namuslu, insanpərvər olaydı.

admin

“Kurtlar Vadisi”nin məşhur aktyoru dünyasını dəyişdi

redaktor

Həlak olan general Məhəmməd Baqeri kimdir? – Azərbaycanlı komandan haqda məlumatlar

redaktor