Siyasət

Rusiya erməni deputatlara qarşı sanksiyalar tətbiq edə bilər

Rusiya erməni deputatlara qarşı sanksiyalar tətbiq edə bilər

“Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) Roma Statutunun ratifikasiyasını təşviq edən və rusofob mövqe tutan erməni parlamentarilərə qarşı sanksiyaların tətbiqi ehtimalı istisna edilmir”.

Tacxeber.com xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsi sədrinin birinci müavini Aleksey Çepa deyib.

“Ermənistanın baş naziri Nikol Paşinyanın rusofob siyasəti ABŞ-nin təzyiqi altında baş verir, lakin bu cür hərəkətlərə görə parlament üzvləri də məsuliyyət daşıyırlar”, – deputat bildirib.

Xatırladaq ki, bu gün Ermənistan BCM-nin Roma Statutunu rəsmən ratifikasiya edib./Oxu.az

Tacxeber.com

Oxşar xəbərlər

ABŞ seçkilərinin nəticəsi iki mühüm məsələni şərtləndirir:

admin

Koçaryan seçkilərdə Paşinyana rəqib olacağını bəyan etdi –İnqilabla hədələdi

redaktor

Prezident və xanımı Füzuliyə səfər ediblər

redaktor