11 C
Bakı
27 Mart 2026 19:27
İdman

Klub prezidenti rəqibin paltardəyişmə otağına silahla girdi – FOTO

 

Türkiyə 2-ci liqasında keçirilən “Vanspor” – “Zonquldak Kömürspor” oyunundan sonra qalmaqallı anlar yaşanıb. “Qafqazinfo” xəbər verir ki, meydan sahiblərinin prezidenti Feyat Kıyakın qarşılaşmadan sonra qonaq komandanın paltardəyişmə otağına silahla girib.

Bu barədə Zonquldak klubunun sosial şəbəkə hesablarında məlumat paylaşılıb. Bildirilib ki, F.Kıyak soyunub-geyinmə otağına girərək rəqib futbolçuları təhqir edib, hədələyib. Hətta onun futbolçuları döydüyü də açıqlanıb.

“Zonquldak Kömürspor”un mətbuat xidmətinin rəhbəri Şükrü Öztürk bildirib ki, zərbələrdən sonra komandanın qapıçısı Egemen Yaylı təcili yardım maşını ilə xəstəxanaya aparılıb.
“Vanspor”un prezidenti Feyat Kıyak isə iddiaları təkzib edib. O bildirib ki, rəqibin soyunub-geyinmə otağına onları yaxşı oynadıqlarına görə təbrik etmək üçün girib.

Qeyd edək ki, “Vanspor” qarşılaşmadan 1:0 hesablı qalibiyyətlə ayrılıb.

Tacxeber.com

 

 

Oxşar xəbərlər

Pley-off-da finalçılar müəyyənləşdi – DÇ-2026

admin

Avroliqada yarımfinalçılar bəlli oldu

admin

“Belə davam edəcəksə, Azərbaycan futbolu inkişaf etməyəcək” – Murad Musayev

admin