11 C
Bakı
27 Mart 2026 20:23
Dünya

Ermənistanın qəbul etdiyi Roma statutu ona baha başa gəldi – Rusiya qazı bahalaşdırdı

“Beynəlxalq Cinayət Məhkəməsinin Roma Əsasnaməsini ratifikasiya edən istənilən ölkə kimi Ermənistan da hüquqi suverenliyini itirir. Bu alçaldıcıdır”.

Bu sözləri Rusiya Federasiya Şurasının vitse-spikeri Konstantin Kosaçev özünün “Telegram” kanalında yazıb.

Onun fikrincə, BCM-nin Roma Əsasnaməsinin hər hansı dövlət üçün ratifikasiyası hüquqi suverenliyin itirilməsindən başqa heç nə demək deyil. Bu da özlüyündə alçaldıcıdır. Məhz bu səbəbdən həqiqətən suveren dövlətlər, o cümlədən Rusiya, ABŞ, Hindistan, Çin, Türkiyə, Səudiyyə Ərəbistanı, Azərbaycan, İsrail, İran və başqaları BCM-ə qoşulmur:

“Bu ratifikasiya Rusiyaya münasibətdə açıq-aşkar qeyri-dost addımdır”, – deyə Kosaçev vurğulayıb.

Xatırladırıq ki, Ermənistan parlamentinin bu günki iclasında Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) Roma Əsasnaməsi ratifikasiya edilib. Rusiya dərhal Ermənistanın bu addımına cavab olaraq düşmən ölkəyə pul köçürmələrini dayandırıb. Xatırladım ki, Rusiyada 3 milyona yaxın erməni yaşayır və onlar hər ay Ermənistanda yaşayan qohumlarına milyonlarla dollar vəsait göndərirlər. Rusiya Ermənistanı digər sahədə də cəzalandırıb. Şimal qonşumuz “müttəfiqinə” satdığı qazın qiymətini bahalaşdırıb. Hələ bu son deyil və Ermənistanı digər sürprizlər də gözləyir. (Konkret)

Tacxeber.com

Oxşar xəbərlər

SON DƏQİQƏ! Olaf Şolz istefaya getdi

redaktor

Sülh istəyirik, amma bu, ləyaqətimiz hesabına baş verməməlidir.

redaktor

Maykl Cekson həqiqətən sağdır? – Məşhurun ölmədiyini göstərən 2 sirli FOTO

admin