2 C
Bakı
11 Fevral 2026 11:21
Şou

Əməkdar artist Kübra Əliyeva dünyasını dəyişən oğlundan danışıb.

“Bizimləsən” proqramında qonaq olan aktrisa övladının narkotikə qurşandığını və onu bu yola dostlarının çəkdiyini bildirib:

“O dərdi çəkmişəm. 46 yaşında oğlumu itirdim. Danimarkada Kopenhagendə oxuyan, ingilis, ərəb, Danimarka dilini bilirdi. Alman dilini öyrənirdi. Beş il orada oxuyub gəldi Bakıya. Bilmirəm niyə, bəlkə mənim də günahım var idi. Amma başqa övladlarım da var, qanadıma almışam. Ətrafı, ən yaxın dostu onu etdi. Dəfələrlə qonaq etdi… Nə oldu? Qaraciyəri məhv oldu və dünyadan köçdü. Gənc yaşda yox, gec qurşanmışdı narkotikə. Ağlı olan insan onu əlinə alanda birinci ailəsini düşünməlidir. Gənclər, narkotiki sizə verən olanda, atmayın, düşünün. Düşünün ki, bunun arxasında nələr durur: evlər, pullar, həyat gedir, ailə biabır olur. Mən biabır olmadım”. (Axşam)

 

Tacxeber.com

 

Oxşar xəbərlər

Müğənni: Xanımımla heç yerə getmirəm

redaktor

“Mənə özümdən başqa heç kim çərçivə qoya bilməz”

redaktor

“Zooparka gedib, iki saat heyvanlarla dərdləşdim” – VİDEO

redaktor