Şou

Əməkdar artist Kübra Əliyeva dünyasını dəyişən oğlundan danışıb.

“Bizimləsən” proqramında qonaq olan aktrisa övladının narkotikə qurşandığını və onu bu yola dostlarının çəkdiyini bildirib:

“O dərdi çəkmişəm. 46 yaşında oğlumu itirdim. Danimarkada Kopenhagendə oxuyan, ingilis, ərəb, Danimarka dilini bilirdi. Alman dilini öyrənirdi. Beş il orada oxuyub gəldi Bakıya. Bilmirəm niyə, bəlkə mənim də günahım var idi. Amma başqa övladlarım da var, qanadıma almışam. Ətrafı, ən yaxın dostu onu etdi. Dəfələrlə qonaq etdi… Nə oldu? Qaraciyəri məhv oldu və dünyadan köçdü. Gənc yaşda yox, gec qurşanmışdı narkotikə. Ağlı olan insan onu əlinə alanda birinci ailəsini düşünməlidir. Gənclər, narkotiki sizə verən olanda, atmayın, düşünün. Düşünün ki, bunun arxasında nələr durur: evlər, pullar, həyat gedir, ailə biabır olur. Mən biabır olmadım”. (Axşam)

 

Tacxeber.com

 

Oxşar xəbərlər

Xalq artistlərindən efirdə BİABIRÇILIQ – Dodağından öpdü – VİDEO

redaktor

“Samir Piriyevin qızıdır deyə, xüsusi münasibət göstərilməlidir?” – Video

redaktor

Xalq artisti daha bir jurnalistdən polisə şikayət edib: “Bizim danışıqlarımızın səs yazısı var…”

admin