19 C
Bakı
10 Oktyabr 2026 21:06
GündəmŞou

Alla Puqaçovanın deəfn ediləcəyi yer də bəlli oldu.

Məşhur müğənni Alla Puqaçova Moskvadakı Kuzminsk qəbiristanlığında özünə məzar yeri alıb.

Tacxeber.com lent.az-a istinadən bildirir ki, o ailə məzarlığının tikilməsi üçün artıq inşaatçıları cəlb edib. Məlumata görə, Allanın hazırlatdığı ailə məzarlığının ətrafına hasar çəkiləcək və üzərinə xüsusi gerb həkk olunacaq.

Primadonna 2011-ci ildə 60 yaşında vəfat etmiş qardaşının yanında dəfn edilmək istəyir.

Ölmədən özünə məzar yeri seçən tək məşhur Alla Puqaçova deyil. Mərhum müğənni Janna Friske, Fedor Şalyapin, Aleksandr Buynov da ailəvi məzarlıq yerləri satın alıblar.

Xatırladaq ki, Alla Puqaçova Rusiyanın Ukraynaya müharibə elan etməsinə etiraz əlaməti olaraq, ailəsi ilə İsrailə köçüb gedib. (Lent.az)

Tacxeber.com

Oxşar xəbərlər

Pensiya kapitalın 5 faizi də belə gedir…

redaktor

Dövlət güzəşti ilə alınan 176 inəkdən 120-si fermada tapılmayıb, şirkətdən 392 min manat tutulacaq

admin

Bəs cəmiyyət niyə bu vəziyyətdədir?

redaktor