23 C
Bakı
22 İyun 2025 19:53
Dünya

Xankəndi yaxınlığındakı nəhəng qanunsuz erməni xaçı da söküldü…-VİDEO

Xankəndi yaxınlığındakı nəhəng qanunsuz erməni xaçı da söküldü...-VİDEO

 

Rusiyanın “sülhməramlı”ları da Qarabağdakı qondarma “rus icması” üzvləri ilə birlikdə həmin xaçın yanında qürurla fotolar çəkdirib…

Artıq Xankəndi yaxınlığındakı yüksəkliklərdən birində separatçı ermənilərin ucaltdığı nəhəng işıqsaçan xaç da sökülüb.

Tacxeber.com xəbər verir ki, bu haqda Xankəndindən köçmüş erməni bloger David Simonyan məlumat və video-görüntü paylaşıb.

Dəmirdən quraşdırılmış bu xaç simvolu 2017-ci ildə Xocalı rayonunun “Daşuşen” adlandırılmış Daşkənd kəndində ucaldılmışdı. Hündürlüyü 50 metr idi. Uca təpədə yerləşdiyindən xaç Xankəndinin hər tərəfindən görünürdü.  Abidə xüsusən gecələr- işıqları yanarkən daha aydın görünürdü. Ermənilər hesab edirdi ki, bu, Avropada ikinci hündür xaçdır…

Göründüyü kimi, Rusiyanın “sülhməramlı”ları da Qarabağdakı qondarma “rus icması” üzvləri ilə birlikdə həmin xaçın yanında qürurla fotolar çəkdirib.

Bu xaçın qanunsuz şəkildə quraşdırılması, onun yanına yol çəkilməsi nəticəsində hektarlarla meşə məhv edilərək ekologiyamıza da zərər vurulub…

Tacxeber.com

Oxşar xəbərlər

Ukrayna rus silah anbarını bu raketlə vurdu: zəlzələ yarandı

admin

Həmkarı Alla Puqaçovanın Rusiyanı tərk etmə səbəbini açıqladı

admin

Kseniya Sobçak gizli qaçdığı Rusiyaya geri dönüb

admin