Türkiyənin “Haber Global” kanalında son vaxtlar Qarabağdan geri çəkilən erməni silahlı qruplaşmalarından ələ keçirilən çoxlu silah və sursatlar nümayiş olunub.
Həmin görüntüləri təqdim edirik:
Qeyd edək ki, Qarabağ bölgəsində keçirilən lokal xarakterli antiterror tədbirləri başa çatdıqdan sonra müsadirə edilmiş döyüş texnikası, silah və sursat barədə sentyabrın 30-u saat 18:00-a olan məlumat açıqlanıb.
SİLAHLAR 1. Atıcı silahlar – 2585 2. Qumbaraatanlar – 224 3. Top və haubitsalar – 53 4. Minaatanlar – 63 5. Tank əleyhinə silahlar – 54 6. HHM silahları – 135
TEXNİKA 1. Zirehli texnika – 22 2. Avtomobil texnikası – 174 3. Qoşqular – 21 4. Yardımçı texnika – 9
DÖYÜŞ SURSATLARI 1. Raketlər – 1685 2. Top və haubitsa mərmiləri – 4956 3. Zenit top mərmiləri – 2627 4. Minaatan mərmiləri – 12305 5. Qumbaralar – 5419 6. Əl qumbaraları – 3036 7. Patronlar – 1976068 8. Digər sursatlar – 5751