16 C
Bakı
27 Sentyabr 2025 00:07
Dünya

Dünya şöhrətli aktyorun Qarabağ böhtanı – VİDEO

 

Amerikalı aktyor Mel Gibson Qarabağ üzərindən oynanılan oyunların, manipulyasiyaların iştirakçısı olub.

Tacxeber.com xəbər verir ki, o, ermənilərin bu bölgədən öz istəkləri ilə çıxmasına “etnik təmizləmə”, “dəhşət” və “soyqırımı” kimi ifadələrlə münasibəti bildirib.

Aktyor yalanlara uyaraq bilərəkdən və ya bilməyərəkdən Azərbaycanın Qarabağda antiterror əməliyyatına görə dünyanı “təcili addımlar atmağa” çağırıb.

Görünür, Mel Gibson Qarabağdan çıxan erməni əsilli sakinlərin yerli və beynəlxalq media orqanlarına müsahibələrini dinləməyib. Yaxud obraza girərək aktyorluğunu nümayiş etdirib.

Xatırladaq ki, Qarabağda qeyri-qanuni erməni qüvvələrinin təxribat əməllərinin artması ilə bağlı Azərbaycan antiterror əməliyyatı həyata keçirib. 1 günlük əməliyyatda terrorçu erməni qüvvələrinin mövqeləri darmadağın edilib. Bölgədəki ermənilər əməliyyatdan sonra Qarabağı tərk ediblər.

Oxşar xəbərlər

Türkiyənin də “cib müxalifəti” – Şahin Cəfərli

admin

Putini şoka salmaq vaxtıdır, yoxsa qalib gələcək – Conson

redaktor

Priqojının ölümü rəsmən təsdiqləndi

redaktor