18 C
Bakı
01 Aprel 2026 16:02
Siyasət

Araik, Bako və Arkadi Ermənistana keçməyib, amma…- Erməni mediası

Xəbər verildiyi kimi, dünən gecə saatlarından Ermənistanın bir sıra kütləvi informasiya vasitələrində, o cümlədən “@bagramyan26” teleqram-kanalında Qarabağdakı separatçı rejimin 3 keçmiş “prezidenti” (Arayik Arutyunyan, Bako Saakyan və Arkadi Qukasyan) və “hökumət üzvləri”nin guya hansısa yolla Azərbaycan dövlət sərhədini keçə bilməsi və artıq Ermənistanda olması haqda informasiyalar yayılmışdı.

Tert.am saytı səhər saatlarında adları çəkilən separatçı liderlərin Azərbaycan dövlət sərhədini keçə bilməsi və artıq Ermənistanda olması haqda məlumatları təkzib edib.

“Tert.am-ın 3 keçmiş prezidentlə bağlı mənbələri onların Ermənistanda olmadığını, lakin təhlükəsizlik baxımından onların yerinin hələlik açıqlanmadığını bildirir”- xəbərdə belə deyilir. (Moderator)

 

Tacxeber.com

Oxşar xəbərlər

ABŞ konqresmeni: Tramp Azərbaycan və Ermənistanı barışdırmaq səylərinə görə Nobel Sülh Mükafatına layiqdir

redaktor

Bu adam yerində dinc otura bilmir.

admin

24 mart Tramp üçün “qara gün”

admin