24 C
Bakı
13 Avqust 2025 23:49
Siyasət

Araik, Bako və Arkadi Ermənistana keçməyib, amma…- Erməni mediası

Xəbər verildiyi kimi, dünən gecə saatlarından Ermənistanın bir sıra kütləvi informasiya vasitələrində, o cümlədən “@bagramyan26” teleqram-kanalında Qarabağdakı separatçı rejimin 3 keçmiş “prezidenti” (Arayik Arutyunyan, Bako Saakyan və Arkadi Qukasyan) və “hökumət üzvləri”nin guya hansısa yolla Azərbaycan dövlət sərhədini keçə bilməsi və artıq Ermənistanda olması haqda informasiyalar yayılmışdı.

Tert.am saytı səhər saatlarında adları çəkilən separatçı liderlərin Azərbaycan dövlət sərhədini keçə bilməsi və artıq Ermənistanda olması haqda məlumatları təkzib edib.

“Tert.am-ın 3 keçmiş prezidentlə bağlı mənbələri onların Ermənistanda olmadığını, lakin təhlükəsizlik baxımından onların yerinin hələlik açıqlanmadığını bildirir”- xəbərdə belə deyilir. (Moderator)

 

Tacxeber.com

Oxşar xəbərlər

NATO-ya üzvlük əvəzinə ərazi mübadiləsi: Ukrayna və Rusiya arasında danışıqların əsası AÇIQLANDI

admin

Prokuror ictimai fəala 9 il həbs cəzası istəyib.

admin

Vasitəçi kim olacaq?

admin