29 C
Bakı
11 Avqust 2025 12:09
Sağlamlıq

Ürək sağlamlığı üçün vacib olan üç qayda

 

“Ürəyimizin sağlam olmasını istəyiriksə üç vacib qaydanı hər gün üçün vərdişə çevirməliyik”.

Tacxeber.com xəbər verir ki, bunu rusiyalı tanınmış həkim Aleksandr Myasnikov ürək problemlərindən danışarkən bildirib.

O, bu vərdişlərdən birincisi kimi həmişə eyni vaxtda yatıb-durmağı göstərib.

“Dəqiq yuxu cədvəlinin olmaması sağlamlığa mənfi təsir göstərir. Həmçinin gecə növbəsində işləməkdən çəkinmək lazımdır. Çünki bu melatonin səviyyəsinin azalmasına gətirib çıxarır ki, nəticədə şiş və ürək xəstəlikləri riski yaranır”, – deyə həkim izah edib.

Mütəxəssisin sözlərinə görə, yatmazdan əvvəl qadcetlərdən istifadə də melatonin hormonunun istehsalına mənfi təsir göstərir:

“Bədəndəki hər şey bir-birinə bağlıdır, buna görə də ürək sağlamlığı üçün yatmazdan ən azı dörd saat əvvəl smartfondan uzaqlaşmaq yaxşıdır”.

Myasnikov pəhrizin vacibliyini də xatırladıb.

“Sürətli karbohidratları və heyvan mənşəli yağları məhdudlaşdırmaq, həmçinin gündəlik kalori qəbuluna riayət etmək yaxşıdır. Əks halda, piylənmə inkişaf edə bilər, bu isə ürək-damar sisteminin işinə mənfi təsir göstərir”, – deyə o, sözlərini yekunlaşdırıb.

Tacxeber.com

Oxşar xəbərlər

Uçuğa yaxşı təsir edən 8 təbii üsul

redaktor

Qız körpələrdə sağlamlıq müayinələri: Hansı ayda hansı yoxlamalar vacibdir?

redaktor

Alimlərdən yeni ARAŞDIRMA: “Google” vasitəsilə xərçəngi müəyyən etmək olar

redaktor