21 C
Bakı
14 Avqust 2025 09:53
DünyaGündəm

Kamran Əliyev: “Ermənistan nə mina xəritələri, nə də məzarlıqlarla bağlı xəritələr barədə dəqiq məlumat verir”

 

“Təəssüf ki, Ermənistan tərəf bizə nə mina xəritələri, nə də məzarlıqlarla bağlı xəritələr barədə dəqiq məlumat verir”.

Tacxeber.com xəbər verir ki, bunu Azərbaycanın Baş prokuroru Kamran Əliyev jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, işğaldan azad edilən ərazilərdə aşkarlanan kütləvi məzarlıqlar bağlı Azərbaycan tərəfindən və beynəlxalq təşkilatlarla əməkdaşlıq edilib.

Ərazilər azad edildikcə məzarlıqların tapılması işləri daha da sürətləndirilir: “Təəssüf ki, Ermənistan tərəf bizə nə mina xəritələri, nə də məzarlıqlarla bağlı xəritələr barədə dəqiq məlumat verir. Verilən məlumatlar həqiqəti əks etdirmir. Dəfələrlə bu məsələ müzakirə olunub.

Birinci Qarabağ müharibəsində itkin düşən şəxslərin müəyyən edilməsi, qohumlarına qaytarılması və dəfn prosesi sürətlənib. Ermənistan tərəf bu məsələdə bizimlə əməkdaşlıq etməsə də, zamanla bu prosesi davam etdiririk”.

Tacxeber.com

Oxşar xəbərlər

Günün FOTOSU: Makron Kiyevdə, Azərbaycan bayrağı başı üzərində

redaktor

Hindistan-Pakistan müharibəsinin ən ağır bədəlini Fransa ödədi

redaktor

Kremlin zəhərlədiyi Sibir dissidenti: “Rejim qəfil dağılacaq”

admin