12 C
Bakı
28 Mart 2026 00:54
DünyaGündəm

Tramp səhnədə yolu itirən Baydeni yamsıladı – VİDEO

 

ABŞ prezidentliyinə namizəd Donald Tramp 80 yaşlı hazırkı dövlət başçısı Co Baydenlə bağlı zarafatını paylaşıb.

Qaynarinfo xəbər verir ki, siyasətçi Kaliforniyada tərəfdarları ilə görüşdə çıxışı zamanı səhnədən çıxış yolu tapa bilməyəndə dəfələrlə yöndəmsiz vəziyyətdə olan Baydeni təsvir edib. Parodiya kameralara tuş gəlib. Kadrlarda Trampın tamaşaçılara arxasını çevirərək səhnədə necə dolaşmağa başladığı, sonra isə əllərini yuxarı qaldırdığı görünür.

Bayden, qocalmasına baxmayaraq, ötən ilin yazında 2024-cü ildə ABŞ-da keçiriləcək prezident seçkilərində yeni müddətə namizədliyini irəli sürəcəyini açıqlayıb.

Bu arada ABŞ-da keçirilən son rəy sorğularına görə, Tramp ona qarşı cinayət işlərinin açılmasına baxmayaraq, respublikaçı seçicilər arasında populyarlıq reytinqində liderlik edir. Avqustun sonunda ABŞ-ın keçmiş prezidenti Ukraynadakı münaqişəni tez bir zamanda həll edə biləcəyini bildirib.

 

Oxşar xəbərlər

Partizanlar Rusiya ordusunun mühüm REM kompleksini məhv etdi…-VİDEO

admin

Rusiyalı alimlər 3D printerdə əsl ət çap ediblər

redaktor

Telman İsmayılov necə müflis oldu? — Kadırov izi…

redaktor