11 C
Bakı
30 Mart 2026 06:13
Şikayət

Təhsil İdarəsi vəfat edən işçisinin ailəsinə çatacaq vəsaiti ödəmil

Vəfat edən şəxsin oğlu: “6 aydır məni aldadırlar ki, gələn ay pul veriləcək”

Astara rayonu Ərçivan kənd sakini Xaliq Məmmədzadə atasının ölümündən sonra ailəyə çatacaq vəsaiti Lənkəran Regional Təhsil İdarəsindən ala bilmir.

O bildirir ki, atası Vaqif Məmmədov uzun illər Astara rayon Uşaq-Gənclər İnkişaf Mərkəzində dərnək rəhbəri işləyib. O, bu ilin aprelin 3-də vəfat edib. Atası vəfat edəndən sonra ailəyə onun maaşının 3 misli qədər vəsait birdəfəlik ödənilməli idi. Amma apreldən bu günə kimi ailə 2.010 manat pulu ala bilmir.

“Altı aydır pulu ödəmirlər. Lənkəran Regional Təhsil İdarəsi deyir, maliyyə şöbəsinə yönləndirmişik, buna şöbə baxır. Altı aydır məni aldadırlar ki, gələn ay pul veriləcək”,- Xaliq Məmmədzadə deyir.

Elm və Təhsil Nazirliyi sorğumuza cavab olaraq bildirib ki, Lənkəran Regional Təhsil İdarəsi yaxın zamanda Vaqif Məmmədovun ailəsinə bu müavinəti ödəyəcək. (Abzas)

Tacxeber.com

Oxşar xəbərlər

Həbsdə olan siyasi məhbus, jurnalist Ülvi Həsənli müddətsiz aclıq aksiyasına başlayıb.

admin

Lombardda sirli itki: vətəndaşın 20 minlik qızılı yoxa çıxıb.

redaktor

Həbsdə 85 gündür aclıq edən alimin vəziyyətinin kritik olduğu deyilir

admin