Dünya

Hava şəraiti dəyişəcək

 

Sabah, oktyabrın 1-də gözlənilən hava şəraiti açıqlanıb.

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 15-20° isti, gündüz 22-27° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 60-70%, gündüz 45-50% olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 15-19° isti, gündüz 22-27° isti, dağlarda gecə 8-13° isti, gündüz 13-16° isti olacaq.

Tacxeber.com

Oxşar xəbərlər

Gözlənilməz statistika: ölkədə toylar çoxalıb, boşanmalar azalıb, amma doğum nisbəti aşağı düşüb

redaktor

“Putinin hərbi strategiyasının kökündə Zelenskinin qaçmağı dururdu”  Nahid Cəfərov

admin

ABŞ Avropadan çəkilir, “xaos planı” işə düşüb: Tramp “qoca qitə”ni təhlükəsizlik “vakuum”una salır

admin