21 C
Bakı
16 Avqust 2025 03:36
Hadisə

Ermənistan ərazisindən açılan snayper atəşi nəticəsində hərbi qulluqçumuz şəhid olub

 

Sentyabrın 30-u günorta saatlarında Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsi istiqamətindəki mövqeyindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Aşağı Ayrım yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeyinə snayper silahından atəş açılıb.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Atəş nəticəsində hərbi qulluqçumuz Orucov Vüsal Xeybalı oğlu şəhid olub. Bölmələrimiz tərəfindən cavab tədbirləri görülür.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhidimizin yaxınlarına dərin hüznlə başsağlığı verir.

Allah rəhmət eləsin!

Tacxeber.com

Oxşar xəbərlər

İdman jurnalisti yol qəzasında vəfat etdi

redaktor

AzTV-nin əməkdaşı əməliyyatdan sonra vəfat etdi – FOTO

redaktor

Xırdalanda eyni binada 15 gün ərzində 2 müəmmalı intihar: Qızlardan birinin meyiti soyuq olub – FOTO

admin