15 C
Bakı
29 Mart 2026 16:26
Dünya

İsveçrə Kərimovaya qarşı ittiham irəli sürdü.

İsveçrə Federal Prokurorluğu Özbəkistanın birinci prezidenti İslam Kərimovun böyük qızı Gülnarə Kərimovanın işi üzrə ittihamları məhkəməyə göndərib.

Bu barədə “Döyçe Velle” məlumat yayıb.

Məlumata görə, Kərimova cinayət təşkilatında iştirakda, xarici məmurlara rüşvət verməkdə və çirkli pulların yuyulmasında ittiham olunur.

Qeyd edək ki, Gülnarə Kərimova 2015-ci ilin avqustunda hədə-qorxu ilə tələb etmə və vergidən yayınmada təqsirli bilinib. 2017-ci il dekabrın 18-də isə başqa bir iş üzrə 10 il müddətinə azadlıqdan məhrum edilib. Sonradan məhkəmə yeni cinayət işi üzrə onun həbs müddətini 13 il 4 aya qədər artırıb. (Axar)

Tacxeber.com

Oxşar xəbərlər

Naxçıvanda deputat vətəndaşı döyüb – QİSAS ALMAQ İSTƏYƏN ŞƏXS İSƏ HƏBS EDİLİB

redaktor

İmamın sözləri Acun daxil olmaqla hər kəsi güldürdü – VİDEO

redaktor

“ChatGPT”dən psixoloji məsləhət alan şəxs canına qıydı

redaktor