Dünya

İlon Maskın şirkəti irqçilikdə ittiham olunur

 

İlon Maskın rəhbəri olduğiu “Tesla” abtomobil şirkəti ABŞ-də Bərabər Məşğulluq İmkanları Komissiyası (EEOC) tərəfindən məhkəməyə verilib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb Kaliforniyadakı fabrikdə qaradərili işçilərin irqçiliyə məruz qalması iddiasıdır.

EEOC “Tesla”nın Kaliforniyadakı fabrikində qaradərili işçiləri ağdərililərdən daha çox işləməyə məcbur etdiyini bildirib.

Komissiyanın iddialarına görə, qaradərili işçilər sözügedən bərabərsizlikdən şikayətləndikdən sonra işdən çıxarılıb.

İşçilərə təzminat ödənilməsini məhkəmədən tələb edən komissiya prosesin nəticəsi olaraq şirkəti  müxtəlif cəzalar gözlədiyini bildirib.

Tacxeber.com

Oxşar xəbərlər

Harrisdən ŞOK: “Tramp məndən qaçır, çünki…”

admin

ABŞ-da bu həftə Azərbaycan və Ermənistan arasında sülh sazişi imzalanacaq

admin

Yalançı şahidlik tələb edən məktəb direktoru: töhmətlə “iş bağlanıb” – BŞTİ-dən qeyri-adi qərar

redaktor